Çingiz Abdullayev - Dediklərimdən peşman deyiləm

Xalq yazıçısı Çingiz Abdullayev ona sual verən jurnalistin sualını yersiz hesab edib. Bunu Gununsesi.info-ya açıqlamasında AYB sədrinin müavini, Xalq yazıçısı Çingiz Abdullayev deyib.
"Mənim kimi birisinə o sualı vermək yersiz idi. Mən pul xərcləyən, onu bölüşdürən deyiləm. Ona görə də dediklərimdən peşman deyiləm”.
Çingiz Abdullayev əlavə edib ki, sözünün üstündə dayanır: "Bəli, o sualı verən jurnalist utanmalı idi. Mən sözümün üstündə dayanıram”.
Media təmsilçilərindən birinin AYB-nin qurultayı üçün ayrılan 200 min manatın necə xərclənməsi barədə sualı Xalq yazıçısının təhqiri ilə qarşılanıb.
Çingiz Abdullayev ona sual verən jurnalistə "Niyə ölmürsən, utanmırsan” deyə qarşılıq verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib























