Agentliyin mətbuat katibi işdən ÇIXDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin media məsələləri üzrə köməkçisi, qurumun mətbuat katibi Aysel Fərziyeva işindən ayrılıb.
O, tutduğu vəzifədən öz xahişi ilə ayrılıb. Aysel Fərziyeva bu barədə məlumatı təsdiqləyib.
2018-ci ildən Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri olan jurnalist daha sonra Agentlik sədrinin media məsələləri üzrə köməkçisi vəzifələrində çalışıb.
Aysel Fərziyeva bundan əvvəl Lider TV və ATV-də aparıcı kimi işləyib. AQTA-da işlədiyi dövrlərdə "ARB 24” və Real TV-də bir sıra verilişlərin aparıcısı və layihə müəllifi, eyni zamanda "Süfrə” jurnalının baş redaktoru kimi fəaliyyət göstərib.(Qafqazinfo)
www.anews.az