• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbə təhsil kreditinə müraciət edən şəxslərin sayı açıqlanıb

Tələbə təhsil kreditinə müraciət edən şəxslərin sayı açıqlanıb
30.12.2022 15:16
2022 ci ildə Təhsil tələbə kredit fonda 17 000-dən çox tələbə müraciət edib. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

2022-2023-cü ilin tədris ili üzrə 7 000-dən çox tələbə müraciət edib, onlardan 4265 nəfər tələbənin müraciəti rəsmiləşdirilib. Həmin müraciətlər üzrə 1641 nəfər sosial TTK, 2624 nəfər isə standart TTK-dan yararlanıb.
 
Məlumata görə, 2022-ci il payız semestri üzrə ümumilikdə 1575 tələbə təhsil krediti əldə edib.

Bildirilib ki, onlardan 521-i sosial, 1054-ü isə standart yönümlü kreditdir.
 
Təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur.

2021- ci ildə tələbə təhsil kreditinə 3200 nəfər müraciət edib.
 
Təhsil tələbə kreditlərinin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisəsində əyani təhsil almalıdır. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır.
 
Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər. Aşağıdakı tələblərə cavab verən tələbələr bu kreditdən yararlana bilərlər.

-Ünvanlı sosial yardım alan ailələrin üzvləri.

-3-cü dərəcə əlilliyi olanlar.

Hər iki valideyni aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar da bu kreditdən yararlana bilərlər.

-1-ci vəya 2-ci dərəcə əlilliyi olanlar.

-İşsiz kimi qeydiyyatda olanlar.

-Yaşa görə əmək pensiyası alanlar

-Yaşa görə sosial müavinət alanlar.

Sosial kredit almağa hüququ olmayan tələbələr Standart kreditdən yararlana bilərlər.

Bu kredit üçün girov və ya zaminlik tələb olunmur və bu kredit siğortalanır. Tələbə təhsil kreditini 20 il müddətində qaytara biləcək. Kredit üçün faiz az olacaq. Əlavə olaraq, yaxşı oxuyan tələbələrə güzəştlər olunacaq.Bu güzəşt həm faiz dərəcələri, həm də vəsaitin geri qaytarılmasına şamil olunur.
 
Təhsil-Tələbə krediti əcnəbi tələbələrə şamil olunmur. Məbləğ hər tədris ili üzrə ödənilir. Bank tərəfində birbaşa ali təhsil müəssəsinə ödənilir.
 
Təhsil krediti ilə ali təhsili bitirən tələbəyə kreditin geri qaytarılmasına başlamaq üçün 2 il güzəşt olunur. Yəni, tələbələr universiteti bitirdikdən 2 il sonra krediti qaytarmağa başlasalar, 10 il ərzində onu tamamilə geri qaytara bilərlər.

Kredit aldığı semestri əlaçı bitirən tələbə həmin məbləğin yarısını qaytarır. Yəni 8000 manat kredit götürübsə, ortalama balı 91-dən yuxarı olan tələbə 4000 kredit ödəmiş olacaq.
 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol