• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəran sakinləri bu şirkətə görə etiraz aksiyası keçirdilər

Lənkəran sakinləri bu şirkətə görə etiraz aksiyası keçirdilər
04.02.2023 22:30
Lənkəranın Təngivan kənd sakinləri etiraz aksiyası keçirib.

Bu barədə "ecofront” feysbuk hesabında məlumat yayıb. Bildirilib ki, uzun illərdir kəndin yaxınlığında, lənkərançay çayı yatağında "PROFCO" adlı şirkət qazıntı işləri aparır. Sakinlərin sözlərinə görə, çayın dərin qazılmasına görə onlarla evdə quyular quruyub. 40 hektardan artıq çay sahilində torpaq 10 metrdən çox qazılıb və daşınıb, əhalinin örüş sahələrinin çoxu qazılıb, yolları dağıdılıb. 10 dan artıq yüksək gərginlikli elektrik dirəyinin dibi təhlükəli şəkildə qazılıb, evlərə yaxın olan karxananın gurultusu, toz torpağı əhalini bezdirib, xəstələndirib. Təsərrüfatla məşğul olmaq, rahat yaşamaq mümkün olmadığı üçün əhalinin çoxu köçüb gedib.

Daş karxanası kimi fəaliyyət göstərən bu müəssisənin etdiklərinin qeyri-qanuni olduğu iddia edilib.

Daş karxanasının sahibi Şaiq Həsənov isə verdiyi açıqlamada ərazidə görülən işlər və şirkətlə bağlı bütün sənədlərin qaydasında olduğunu dilə gətirib.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol