Qəbələdə polis qəzaya düşüb

Bu gün saat 10:30 radələrində Qəbələdə Mənsur Məmmədovun idarə etdiyi "VAZ-2107”, Rəhim Məmmədovun idarə etdiyi "VAZ-2106” və Ələsgər Mikayılovun idarə etdiyi "VAZ-2107” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, nəticədə iki nəqliyyat vasitəsinin sürücüsü - Mnsur Məmmədov və Rəhim Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Mənsur Məmmədov polis nəfəridir və hadisə xidmətdən kənar vaxtı qeydə alınıb.
www.anews.az
























