"Uşaq ruhi xəstə deyil" deyən həkimi nazir işdən çıxardı

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, əməkdar həkim Ağahəsən Rəsulov vəzifəsindən azad olunub. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Həkimin işdən azad olunmasının səbəbi yaş həddinin keçməsi ilə əlaqləndirilib.
Rəsulov 2008-ci ildən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi olub.
Xətai 3 saylı uşaq evində qalan yeniyetmə Məhhəmməd Hacıyev bir neçə gün öncə uşaq evinin direktorundan şikayət etdiyi üçün onu 1 saylı psixatrik xəstəxanaya yerləşdiriblər.
Çərşənbə axşamı Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov mətbuata açıqlama verərək bildirib ki, o uşaq ruhi xəstə deyil. Sadəcə direktor onun uşaq evinə qaytarılmasını istəmir.
Bu açıqlamadan bir gün sonra Səhiyyə Nazirliyi həmin həkimin əmək müqaviləsinə xitam verildiyini təsdiqləyib.
Gülnar Nazimqızı
www.anews.az
























