• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə olaraq heyvanların identikləşdirilməsinə başlanılıb

Azərbaycanda ilk dəfə olaraq heyvanların identikləşdirilməsinə başlanılıb
25.04.2023 10:51
AQTA-nın fəaliyyət göstərdiyi dövr ərzində Azərbaycanda ilk dəfə olaraq heyvanların identikləşdirilməsinə başlanılıb. Bunu  Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümümdunya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə keçirilən tədbir zamanı bildirib.

"Düzgün qurulmuş baytarlıq xidmətləri olmadan heyvanların sağlamlığına nail olmaq mümkün deyil. Bu baxımdan, aparılan son islahatlar nəticəsində Azərbaycanda özəl baytarlıq xidməti sisteminə keçilib. Yüksək patogen quş qripi, dabaq və quduzluq kimi xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə edilməsi üçün aidiyyəti qurumlarla birlikdə mütəmadi qaydada simulyasiya təlimləri keçirilir",- nazir vurğulayıb 

Nazir baytarlıq nəzarətində olan yüklərin ixracı ilə bağlı ciddi uğurların əldə edildiyini bildirib.

"Artıq Avropa İttifaqına üzv ölkələrə qurbağa ayaqlarının, ilbiz, yun, dəri kimi heyvan mənşəli məhsullarının göndərilməsi təmin olunub, Qazaxıstana atların ixracındakı maneələr aradan qaldırılıb",- nazir əlavə edib.
 
Aytac Zeynalova 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol