• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstəyilə keçirilən "Her Improvement" layihəsinin növbəti mərhələsi yekunlaşıb

Azercell-in dəstəyilə keçirilən "Her Improvement" layihəsinin növbəti mərhələsi yekunlaşıb
27.04.2023 13:29
Startap quran gənc qadınlar təqdim etdikləri məhsulun doğru istiqamətləndirilməsi və təkmilləşdirilməsi imkanı qazanıblar

"Azercell Telekom” MMC-nin "FemTech” platforması ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilən "Her Improvement" proqramının növbəti mərhələsi yekunlaşıb. Qadınların texnologiya və biznes sahəsində biliklərinin artırılması və startap ideyalarının inkişafına yönəlmiş layihədə gənc qadınlardan ibarət 5 komanda öz ideyalarını formalaşdırmaq və təkmilləşdirmək, öyrəndiklərini təcrübə ilə möhkəmləndirmək imkanı əldə edib. Layihə boyu iştirakçılar texnologiya sahəsini əhatə edən təlimlər keçiblər.

Sözügedən proqramda xanımlar peşəkar mentorlarla, yerli və beynəlxalq bazarda real təcrübəsi olan İnformasiya Texnologiyaları liderləri və startap təsisçiləri ilə görüşüblər, ideyalarının inkişafı üçün inkubasiya proqramını keçib, öyrəndiklərini praktiki olaraq icra etmək, professional əlaqələr qurmaq imkanı qazanıblar.
Bütün dünyada aprelin sonuncu həftəsinin dördüncü günü "İKT-də qızlar" günü kimi qeyd olunur. Azercell texnologiya sahəsində yeniliyə açıq, öyrənmə həvəsli və startap ideyası olan bütün qadınları bu gün münasibətilə təbrik edir, onlara bu sahədə inkişaf, özgüvən, önəmli layihələrə imza atmağı arzulayır. 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol