• $
  • €
  • ₽
  • ₺
  • £

Vəfat etmiş Nərminin bacısı: "İmkan verin yasımı saxlayım" - FOTO

Vəfat etmiş Nərminin bacısı: "İmkan verin yasımı saxlayım" - FOTO
15.03.2014 13:44
İstanbul Memorial Klinikasında rəhmətə gedən Nərmin Hüseynlinin bacısı danışdıÖtən həftə Türkiyədə müalicə olunduğu İstanbul Memorial Klinikasında rəhmətə gedən Nərmin Hüseynlinin bacısı danışdı. ANS PRESS-in məlumatına görə, Mehim Hüseynli vəfat etdiyi 17 yaşlı bacısının müalicəsi üçün aksiyalardan yığılan pullardan qalanını kimə verdiyi barədə açıqlama verib. O, şəxsi Facebook səhifəsində yığılan miqdardan qalan 52.608 AZN pulu qaraciyər xəstəliyindən əziyyət çəkən bir xanıma müalicəsi üçün bağışlandığını bildirib. Mehim xanım şərh yazaraq bildirib ki, Nərminin hesabı ləğv olunub və onun hesabından pul həmin xəstə xanıma köçürülüb. Bununla yanaşı Mehim hesabın köçürülmə çekinin də fotosunu sosial şəbəkədə paylaşıb. Əlavə olaraq Nərminin bacısı bu günə qədər bacısına xərclənən pulların çeklərin fotosunu sosial şəbəkədə paylaşıb. Bu günə qədər onlara kömək edən hər bir insana təşəkkürünü bildirib. "Digər klinikaya çıxan ümumi xərc 70 min dollara yaxındı və biz gedəndə təyyarə qiymeti 11.500 avro idi. Bacımın cənazesinə 960 avro ödənilib ki, bunu da paylaşacam. Başqa bu qədər. Sabah da bununla bağlı xəstə qızın ailəsi və mən video rolikə çəkiləcəyik. Kömək edənlər çox sağ olun. Qalan pul son qəpiyinə kimi xəstə qıza maddi yardım edildi. İndi isə məndən əl çəkin daha. Məndə pul yoxdur. Nə itirdiyim bacımın, nə halallıqla yığılan pulların, nə də kömək edən insanların adına ləkə salmayın! Çox təəssüf ki, mən bacımın cənazəsini belə götürməmiş vicdansızlar artıq pulu düşünürdü. Çox təəssüf! İndi isə imkan verin bacımın yasını saxlayaq! Mənim başqa sözüm yoxdur. Sabah isə hesabı deaktiv edəcəm. Bu qədər!"ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol