Ermənistana meyvə idxalı zamanı 1 ton kokain gətirilib

Ermənistan Milli Təhlükəsizlik Xidməti Ekvadordan meyvə idxal edən şirkət tərəfindən respublikaya gətirilən 1 ton kokaini saxlayıb. Bu barədə Ermənistan mətbuatı məlumat verib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, narkotiklərin nəhəng partiyası İtaliya və Gürcüstandan tranzitlə respublikaya gəlib.
Saxlanılan və ələ keçirilən yükün ümumi dəyəri təxminən 250 milyon avro təşkil edir.
Cinayət işi çərçivəsində bir sıra ekspertizalar təyin edilib, dindirmələr aparılıb, müxtəlif səlahiyyətli strukturlara sorğular göndərilib.
Gülnar
www.anews.az
Son xəbərlər 
Daha çox 























