• $
  • €
  • ₽
  • ₺
  • £

Aydın Bəşirovun qudası adam öldürdü

Aydın Bəşirovun qudası adam öldürdü
15.03.2014 12:25
Martın 15-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonunda Xalq artisti Ağasəlim Abdullayevin və ailə üzvlərinin olduğu avtomobilin sahibi müəyyənləşib. A.Abdullayevin oğlu Vüqar Abdullayevin idarə etdiyi “VAZ 2106”-nı, 90 FE 007 nömrə nişanlı, “Mercedes Galenvagen G55 AMG” markalı lüks avtomobil vurub. Həmin avtomobilin sükanı arxasında isə Bakı şəhər Səbail rayonu, Nizami küçəsi 8 ünvanında qeydiyyatda olan 1976-cı il təvəllüdlü Mədətov Xalid Mübariz oğlu olub. Qeyd edək ki, qəzadan sonra X.Mədətovun idarə etdiyi avtomobilin nömrələri götürülüb. “Mercedes Galenvagen G55 AMG”-nin tüninq edilmiş modellərinin qiyməti 200-250min dollar arasıdır. Mübariz Mədətov ötən ilin oktyabrında ləğv edilən Xəzər Dəniz Neft Donanması İdarəsinin rəisi olub. Onun Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (DXDGİ) sabiq rəisi Aydın Bəşirovun oğlu İlşar Bəşirovun biznes ortağıdır. Mübariz Mədətovun adı ilk dəfə deyil qalmaqallarda hallanır. Ötən il avqustun 4-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları keçirdiyi xüsusi əməliyyat nəticəsində Xəzərdə Azərbaycana məxsus olan və qaçaqmal neft daşıyan “Naftalan” tankerini saxlayıb. Sonradan məlum oldu ki, oğurluq neft daşıyan tanker İlqar Bəşirov-Mübariz Mədətov ortaqlarına məxsusdur. Mübariz Mədətov İlqar Bəşirovun biznes ortağı olmaqla yanaşı, həm də Aydın Bəşirovun qudasıdır. Xatırladaq ki, ötən gecə Bakının Suraxanı rayonu ərazisində, Zığ şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hava limanı istiqamətində hərəkət edən "Mercedes" və "VAZ-2106" markalı avtomobillər toqquşub. "VAZ-2106"-ya çırpılan "Mercedes" aşıb və hadisə yerindən təxminən 200-250 metr aralıya düşüb. Qəza nəticəsində xalq artisti, 1950-ci il təvəllüdlü Abdullayev Ağasəlim Sahib oğlu və ailə üzvlərinin olduğu avtomobil yüksək sürətlə hərəkət edən “Mercedes Galenvagen G55 AMG” markalı avtomobilin zərbəsinə tuş gəlib. Qəza nəticəsində, Xalq artistinin həyat yoldaşı, 1959-cu il təvəllüdlü Abdullayeva Brilliant Qulammirzə qızı və nəvəsi, 2008-ci il təvəllüdlü Abdullayev Ağasəlim Vüqar oğlu hadisə yerindəcə keçinib. Xalq artisti Ağsaləlim Abdullayev, avtomobilin sürücüsü, onun oğlu Vüqar Abdullayev və 30 yaşlı gəlini Abdullayeva Səadət Ziyafəddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xalq artistinə qapalı kələ-beyin travması diaqnozu qoyulub. Yaralıların vəziyyəti orta ağırdır. Qəzaya “Mercedes Galenvagen G55 AMG”-nin sərxoş sürücüsünün avtomobili yeksək sürətlə idarə etməsinin səbəb olduğu bildirilir ("lent.az", "musavat.com").ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol