• $
  • £

İsmayıllıda yük maşınında iki tona yaxın at əti aşkarlanıb- FOTO

İsmayıllıda yük maşınında iki tona yaxın at əti aşkarlanıb- FOTO
30.05.2023 19:51
İsmayıllıda yük avtomobilində 2 tona yaxın at əti aşkarlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakini Xəyal Ziliyev idarə etdiyi "Ford” markalı avtomobillə birgə saxlanılıb. Nəqliyyat vasitəsinin yük yerinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 2 tona yaxın at əti aşkarlanıb.
 
Araşdırma zamanı at ətinin Cülyan kənd sakini Samir İsayevə məxsus olduğu və X.Ziliyevin istifadəsində olan avtomobillə Bakı şəhərinə göndərmək istədiyi müəyyən edilib. Davam etdirilən tədbirlərlə S.İsayev də şöbəyə gətirilərək izahatı alınıb. Aşkar edilmiş 10 rəst ata aid ət müvafiq nümunələr götürülməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxın Aslanlı kəndində taxıl sahəsində yanğın olub
Cəmiyyət 21:07
Qazaxın Aslanlı kəndində taxıl sahəsində yanğın olub
Sabirabadda avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 17:24
Sabirabadda avtomobilin vurduğu piyada ölüb
Sabah çimərliklərdə hava necə olacaq?
Cəmiyyət 15:30
Sabah çimərliklərdə hava necə olacaq?
İsmayıllıda iki nəfərin öldüyü qəzanın baş vermə səbəbi açıqlanıb
Cəmiyyət 14:52
İsmayıllıda iki nəfərin öldüyü qəzanın baş vermə səbəbi açıqlanıb
ABŞ-də anomal istilər: 20-dən çox ölən var
Cəmiyyət 14:33
ABŞ-də anomal istilər: 20-dən çox ölən var
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - Yenilənib
Cəmiyyət 13:47
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - Yenilənib
Sabahın hava proqnozu
Cəmiyyət 12:42
Sabahın hava proqnozu
FHN: Həkəri çayında batan şəxsin axtarışları aparılır
Cəmiyyət 12:02
FHN: Həkəri çayında batan şəxsin axtarışları aparılır
Həbs edilən İlduzə Hacıyeva qəza yerindən qaçmayıb - vəkil Hikmət Əliyev
Cəmiyyət 11:10
Həbs edilən İlduzə Hacıyeva qəza yerindən qaçmayıb - vəkil Hikmət Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol