• $
  • €
  • ₽
  • ₺
  • £

Binalarda qarajların satılması qanunidirmi? - HÜQUQŞÜNAS MƏSLƏHƏTİ

Binalarda qarajların satılması qanunidirmi? - HÜQUQŞÜNAS MƏSLƏHƏTİ
19.06.2023 16:37
Mənzil məcəlləsinin 35-ci maddəsinə görə, yaşayış binalarının texniki zirzəmiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyətindədir. Yəni həmin binanın hər-hansı bir sahə mülkiyyətçisi də həmin binanın zirzəmisindən istifadə hüququna malikdir. 
 
Bakı yeni tikilən binaların bir çoxunda bəzi sakinlərə binaların altındakı dayanacaqlarda maşınlarını park etməyə icazə verilmir. Adətən park yerləri binalardakı mənzillərin sayından daha az olur. Odur ki, binaların sahibləri bu yerləri sakinlərə yüksək qiymətlə satır. Avtomobilləri bina altındakı dayanacaqlarda park etməyə icazə verilməməsi sakinləri yol kənarınlarında park etməyə məcbur edir ki, bu da öz növbəsində nəqliyyatın hərəkətinə maneə törədir və pik saatlarda tıxacın yaranmasına səbəb olur.
 
Hüquqşünas Sahib Əliyev binalardakı qarajların sakinlərə pulla satılmasını qanunsuz hesab edir.

"Mənzil-tikinti koorperativləri bütün binanın özülündən başlamış, texniki mərtəbələrinə qədər bütün binanın pulunu payçılardan alırlar. Daha sonra isə texniki mərtəbə ilə zirzəmi hissəsini öz məqsədləri üçün istifadə edirlər. Bu isə tamamilə qanunsuzdur. Qanuna görə, həmin yerlər ümumi istifadədə olmalıdır. Əslində bütün bu kimi məsələlər müqavilə ilə həll olunmalıdır. Şəxs əgər bir binanın tikintisində payçı kimi iştirak edirsə, bilməlidir ki, həmin qarajda və texniki mərtəbədə onun payına nə düşür. Yox əgər kimsə binanı tikib satırsa, bu başqa məsələdir. Yəni həmin tikilən binanın zirzəmisidə, texniki mərtəbələridə binanı tikən şəxsə aid olur, digər qalan hissəsini isə satır. Mənzil-tikinti koorperativləri bir qayda olaraq bütün payçılardan pulları alır, sonradan isə texniki mərtəbələri ofis və yaxud mağaza edir, zirzəmi hissəsini isə qaraj düzəldib baha qiymətə sakinlərə satırlar", - hüquqşünas bildirib.
 
Mənzil məcəlləsinin 35.2-ci maddəsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edirlər.
 
Məcəllənin 35.3-cü maddəsində deyilir ki, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir.
 
35.4-cü maddədə qeyd edilir ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın.

 
Eltac Nurullazadə



www.anews.az
 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol