Azərbaycan məhsulları öz brendimiz adı ilə satılmalıdır - Deputat

Azərbaycan məhsullarının dünyayada satışı üçün brendləri yaradılmalıdır. Bunu deputat Fazil Mustafa deyib.
"Bu yaxınlarda Avropanın bir ölkəsində oldum. Bizim Naftalan brendinə başqa ölkə istehsalına rast gəldim. Biz bunun üzərində ciddi düşünməliyik. Öz adımızla dünyaya çıxartmaq yolunu tapmalıyıq. Nə üçün başqa yerlərdə bizim məhsulları öz adları ilə satışa çıxarmalıdırlar? Biz öz brendimizi öz adımızla təqdim etməliyik", - deputat iyulun 14-də Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı deyib.
Gülnar Nazimqızı
www.anews.az
























