• $
  • €
  • ₽
  • ₺
  • £

Hindistan aviaşirkəti ilk dəfə Bakı-Dehli marşrutu üzrə birbaşa uçuşlara başlayıb

Hindistan aviaşirkəti ilk dəfə Bakı-Dehli marşrutu üzrə birbaşa uçuşlara başlayıb
12.08.2023 16:30
Hindistanın "IndiGo Airlines" şirkəti Dehli-Bakı-Dehli istiqamətində ilk dəfə avqustun 11-dən birbaşa uçüşlara başlayıb.

"Report”un məlumata görə, Hindistanlı aviadaşıyıcı Bakı ilə Dehli arasında həftənin bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və şənbə günləri olmaqla 4 reys həyata keçirəcək.

Əks istiqamətdə uçuşlar isə bazar ertəsi, çərşənbə, cümə və bazar günləri reallaşdırılacaq. Azərbaycan paytaxtı "IndiGo” şirkətinin uçuş həyata keçirdiyi 30-cu istiqamətdir.

Bu ilin I yarısında Hindistandan Azərbaycana 47 670 nəfərdən çox şəxs səfər edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1,7 dəfə artım deməkdir.

Hindistan vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş "e-visa" sistemi tətbiq olunur. Onlar ölkəmizə indiyənədək "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Dehli-Bakı-Dehli istiqamətində həyata keçirdiyi birbaşa uçuşlar vasitəsilə gələ bilirdilər.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq uçuşlar müvəqqəti olaraq dayandırılmışdır və ötən ilin avqust ayından Azərbaycan aviadaşıyıcısı Bakıdan Dehliyə və əks istiqamətdə uçuşları bərpa etdi. AZAL Bakıdan Dehliyə həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri, əks istiqamətdə isə çərşənbə axşamı, cümə axşamı və bazar günləri olmaqla həftədə 3 reys həyata keçirir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol