• $
  • €
  • ₽
  • ₺
  • £

6 ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

6 ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub
18.08.2023 17:36
Azercell, UNICEF Azərbaycan və "Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin birgə əməkdaşlığı çərçivəsidə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidməti 2023-cü ilin ilk 6 ayını əhatə edən hesabatını açıqlayıb. Müxtəlif çətinliklərlə üzləşən, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək vermək məqsədi daşıyan "Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə sözügedən dövr ərzində ümumilikdə 2300-ə yaxın zəng daxil olub. 


Uşaq qaynar xəttinə daxil olan müraciətlərin böyük hissəsi, 700-ə yaxın zəng, hüquqi prosedurları əhatə edib. Təhsillə bağlı 636, psixoloji problemlərə dair 610, sosial məsələlərlə bağlı 170, səhiyyə ilə bağlı 100-ə yaxın müraciət daxil olub. Zənglərin qalan hissəsi digər sahələrə aiddir.


Statistikaya əsasən müraciətlərin 51% qadın, 48% kişilər tərəfdən edilib, 1% isə anonim şəkildə qəbul olunub. 2023-cü ilin yanvar-iyun ayları  ərzində müraciətinin araşdırılması zəruri olan 85 ailə mərkəzə dəvət olunub, problemlərindən asılı olaraq onlara hüquqi, psixoloji və psixososial yardım göstərilib, uşaqlarla isə 152 sosial-psixoloji reabilitasiya işi həyata keçirilib. Birbaşa AUQX çərçivəsində həll edilməsi mümkün olmayan müraciətlər AUQX xidməti tərəfindən müvafiq dövlət qurumları və qeyri-hökümət təşkilatlarına yönləndirilib.


2010-cu ildən Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt” xidməti fəaliyyətini 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 nömrələri, elektron poçt, internet səhifəsi, Facebook və Instagram sosial şəbəkələri, İOS və Android sistemləri üçün nəzərdə tutulmuş mobil əlavə vasitəsilə həyata keçirir, 24/7 rejimində gündəlik mövzulardan tutmuş, zorakılıq və qısnama (bullying)  kimi ciddi məsələlərlə bağlı geniş spektrdə dəstək verir.





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol