• $
  • €
  • ₽
  • ₺
  • £

Əlilliyi olan və ahıl şəxslər üçün mobil xidmət mərkəzləri yaradılacaq

Əlilliyi olan və ahıl şəxslər üçün mobil xidmət mərkəzləri yaradılacaq
02.09.2023 11:05
Hərəkət qabiliyyəti zəif olan əlilliyi müəyyən edilmiş və ahıl şəxslərə sosial xidmətlərin operativ şəkildə göstərilməsi üçün mobil xidmət mərkəzləri yaradılacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Dövlət başçısı tərəfindən təsdiq edilmiş yeni "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planında 2024-2026-cı illərdə bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Planda 4 şəhər və rayonda mobil xidmət mərkəzləri vasitəsilə azı 200 nəfər əlilliyi müəyyən edilmiş və 150 ahıl şəxsə mobil xidmətlərin göstərilməsi imkanının yaradılacağı bildirilir. Bu xidmətlər onların lazım olan yardım və sosial xidmətləri daha çevik şəkildə əldə etmələrinə yönəlib.

Sənədə əsasən, 6 şəhər və rayonda ahıl şəxslərin ictimai faydalı fəaliyyətə cəlb edilməsi, onların bilik və bacarıqlarından məqsədyönlü istifadə edilməsi və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı layihələr də həyata keçiriləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol