Ermənistan Qarabağda kütləvi şəkildə yeni minalar döşəyir - MN
10.09.2023 16:30
Ermənistan Qarabağda kütləvi şəkildə yeni minalar döşəyir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, son dövrlərdə Qarabağ iqtisadi rayonundakı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərinə kütləvi şəkildə yeni minalar döşəməsi, bununla da Azərbaycana qarşı mina terroru siyasətini davam etdirməsi müşahidə edilməkdədir. www.anews.az