• $
  • €
  • ₽
  • ₺
  • £

Qobustanda vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə könüllü təhvil verib

Qobustanda vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə könüllü təhvil verib
17.11.2023 20:27
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, vətəndaşlar arasında aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakinləri müvafiq sənədləri olmadan saxladıqları ümumilikdə 4 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Təklə Mirzəbaba kəndində məişət tullantılarının qalaqlanması halları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda quş əti və yumurta istehsalı artıb
Cəmiyyət 17:10
Azərbaycanda quş əti və yumurta istehsalı artıb
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Cəmiyyət 14:57
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
Cəmiyyət 14:09
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
Bakıda keçirilən NATO təlimi başa çatıb
Cəmiyyət 13:43
Bakıda keçirilən NATO təlimi başa çatıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:26
Sabahın hava proqnozu açıqlanıb
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb
Cəmiyyət 12:15
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %- ə yaxın azalıb
Cəmiyyət 11:00
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %- ə yaxın azalıb
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib
Cəmiyyət 19:41
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Cəmiyyət 19:01
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol