• $
  • €
  • ₽
  • ₺
  • £

1500 yaxın tibbi xidmətin tarifi dəyişdirilib - Rəsmi

1500 yaxın tibbi xidmətin tarifi dəyişdirilib - Rəsmi
22.11.2023 15:51
Xidmətlər Zərfindəki 1464 tibb xidmətin tarifi dəyişdirilib.  Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi maya dəyərinin hesablanması xidmətibin rəhbəru Orxan Qənbərov deyib. 

"Ümumi xidmətlərin 56%-nin, yəni 1421 tibbi xidmətin tarifində artım olub. İxtisaslaşdırılmış ambulator tibbi xidmət üzrə ixtisaslı həkim müayinəsinin tarifi 17 AZN-dən 25 AZN-ə, ginekoloqun müayinəsi(USM) 25 AZN-dən 35 AZN-ə, stasionar tibbi xidmətlər üzrə doğuşa əllə yardım 350 AZN-dən 500 AZN-ə, tək koronar arteriyanın koronar şuntlama əməliyyatı 4000 AZN-dən 4500 AZN-ə dəyişdirilib", - o, noyabrın 22-də "İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması" mövzusunda təlimdə çıxışında qeyd edib. 

Orxan Qənbərov qruplar üzrə qiymət artımı haqqında məlumat verib. 

"Stasionar terapevtik tibbi xidmətlərdə 38%, cərrahi tibbi xidmətlərdə 42%, laborotoriya xidmətlərində 82%, anesteziya xidmətində 50%, fizioterapiya və reabilitasiya xidmətində 60%, ambulator tibbi xidmətdə 47% qiymət artımı olub. İlkin tibbi-sanitariya yardım xidməti üzrə illik ödəniı 16 AZN-dən 21 AZN-ə, təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə ödəniş 20 AZN-dən 25 AZN-ə qaldırılıb", - o vurğulayıb.
 
2022-ci il İcbari Tibbi Sığorta agentliyinin müqavilə bağladığı özəl müəssisələrin sayı 20-dən 111-ə çatdırılıb. Hazırda qurum 122 tibb müəssisəsi ilə əməkdaşlıq edir. 

İcbari tibbi sığorta agentliyi 2021-ci ilin aprelindən fəaliyyətə başlayıb. Agetliyin  xidmətlər zərfinə 2550 sayda xidmət növü daxildir.

Aygün Mirakif


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol