Bakıda SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 4-8 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək.
Bu barədə nazirlikdən məlumat verilib.
Beynəlxalq səviyyədə təşkil olunan SAF 2023 "Robokids”, "Engineers of Future” - "Gələcəyin mühəndisləri”, "First LEGO League Explore”, "VidX”, "First LEGO League Challenge”, "VEX Robotix Competition” - "VEX Robototexnika müsabiqəsi”, "Innovativ Exhibition” - "İnnovativ sərgi”, "Deep Dive” "Sualtı dronlar/gəmi”, "Hackathon”, "VEX IQ Competition”- "VEX IQ Yarışması”, "Mechatronics” - "Mexatronika”, "Wings and Wheels” - "Qanadlar və təkərlər”, "FlyTech”, "Boat Racing” - "Gəmi yarışması”, "H2 Grand Prix PRO” adlı ümumilikdə 12 yarış, 15 yaş kateqoriyası üzrə, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında keçiriləcək.
SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında müxtəlif yarış kateqoriyaları üzrə iştirak edəcək 96 nəfər münsif heyəti İngiltərə, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çexiya, Türkiyə, Azərbaycan kimi ölkələri təmsil edir.
www.anews.az
























