Novruzun ilk çərşənbəsi fevralın 27-si olacaq

Azərbaycanda bu il Novruzun ilk çərşənbəsi fevralın 27-si olacaq. Bu barədə Oxu.az-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2024-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edib. Təqvimə əsasən, bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli, Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.
www.anews.az
























