• $
  • €
  • ₽
  • ₺
  • £

Taksi sürücüləri ilə bağlı yeni QƏRAR

Taksi sürücüləri ilə bağlı yeni QƏRAR
14.03.2024 18:38
Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı təsdiq edilib.Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
 
Qərara əsasən, taksi sifarişi operatorları tərəfindən "AYNA” informasiya sisteminə aşağıdakı adsızlaşdırılmış məlumatlar real vaxt rejimində ötürülür:
 
- taksi minik avtomobilinin hər bir statusuna uyğun olaraq tarix və vaxt;
 
- taksi sifarişinin statusu (aktiv (sürücü sərnişini götürməyə
gedir), imtina edilib (sifariş sərnişin və ya sürücü tərəfindən ləğv
edilib), icra edilir (daşıma həyata keçirilir), icra edilib (daşıma başa
çatıb);

-taksi sifarişinin hər bir statusuna münasibətdə tarixi və vaxtı;

-taksi sifarişi üzrə tətbiq olunan tarif, gediş haqqı və gediş
haqqının ödənişi üsulu (nağd və ya nağdsız qaydada);

-daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında
şəhadətnamə üzrə məlumat;

-taksi minik avtomobilinin dövlət qeydiyyat nişanı;

-taksi minik avtomobilinin yeri, marşrutu və sürəti;

-taksi minik avtomobilinin sifariş statusu (boşdur, boşdur -
sifarişi qəbul edir, məşğuldur - sərnişin daşıyır, məşğuldur - sərnişin
daşımır və sifariş qəbul etmir);

-taksi minik avtomobilinin sürücüsünün sürücülük vəsiqəsinin
seriyası və nömrəsi;

-taksi minik avtomobilinin sürücüsünün iş və istirahət vaxtının
başlanğıc, son tarixi və vaxtı.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol