• $
  • €
  • ₽
  • ₺
  • £

Binəqədi RİH yanında İctimai Şuranın növbəti iclası keçirilib

Binəqədi RİH yanında İctimai Şuranın növbəti iclası keçirilib
14.03.2024 19:36
14 mart 2024-cü il tarixində Binəqədi RİH yanında İctimai Şuranın növbəti iclası və Qeyri-Hökumət Təşkilatları ilə qarşılıqlı fəaliyyətin təşkili ilə əlaqədar görüş keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Şuranın üzvləri və rayon ərazisində fəaliyyət göstərən QHT-lərin rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev öz işini "İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında quran İctimai Şura ilə sıx əməkdaşlıq əlaqələrindən, vətəndaşların qarşılaşdığı problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün müvafiq işlərin aparılmasının vacibliyindən, rayon ərazisində fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları ilə həyata keçirilən layihələrdən danışıb.
 
Nicat Allahverdiyev çıxışında Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili” elan olunması münasibətilə gerçəkləşdirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.

Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev hesabat məruzəsi ilə çıxış edərək Şuranın fəaliyyətindən, gördüyü işlərdən, İctimai Şura ilə dövlət qurumları arasında əlaqələrin daha da möhkəmlənməsi, rayon sakinlərinin qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi istiqamətində görülən zəruri işlərdən söz açıb.

Digər çıxış edənlər vətəndaşlar tərəfindən qaldırılan problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi istiqamətində görülən işlərdən, eyni zamanda İctimai Şuranın daha aktiv fəaliyyət istiqamətlərinə dair müzakirələr aparıblar.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol