Lənkəranda 22 yaşlı qız dəm qazından boğulub

Lənkəranda 22 yaşlı qız dəm qazından ölüb.
"Report"un məlumatına görə, hadisə rayonun Yuxarı Nüvədi kəndində baş verib.
Kənd sakini 22 yaşlı Səkinə Balağa qızı Məmmədova vanna otağında huşunu itirib.
Ailə üzvləri Səkinə Məmmədovanı ağır vəziyyətdə aşkar ediblər. Gənc qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılana qədər yolda dünyasını dəyişib.
www.anews.az
























