• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” forumu keçirilib

Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” forumu keçirilib
22.05.2024 15:24
 "Cəza Cəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” və Gənclər İnkişaf Naminə İctimai Birliklərinin birgə təşkilatçılığı ilə "Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” adlı forum keçirilib.


Forumda bir sıra millət vəkilləri, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən sahibkar qadınlar iştirak ediblər. 
"Qadınların Sahibkarlıq və İcma İnkişafı” mövzulu panelinin moderatoru "Shokki Mokki” markasının marketinq müdiri Nəzrin Əliyeva olub.


Spikerləri isə Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin İdarə Heyətinin sədri Zemfira Ağayeva, "Azərbaycan Business Women” təşkilatının təsisçisi Tatyana Mikayılova, "UAFA” təşkilatının nümayəndəsi Ülviyyə Mirzəyeva, "Məktəbim” layihəsində çalışan sahibkar qadın Nilufər Hüseynzadə, "Mediabalans” şirkətinin icraçı direktoru Nahid Şərifli olub. 


Bu paneldə çıxışçılar ölkəmizin ilk milli uşaq markası olan "Shokki Mokki” brendinin dəstəyi ilə ərsəyə gələn "Məktəbim” layihəsindən bəhs ediblər.


"UAFA” təşkilatının nümayəndəsi Ülviyyə Mirzəyeva bildirib ki, "Məktəbim" layihəsi 2-6 yaş arasında uşaqların təhsilə qeyri bərabər cəlb olunmasını aradan qaldırmaqla, yanaşı qadınların öz təhsil bizneslərini qurmağına da dəstək olub. 


Burada çalışan sahibkar qadın Nilufər Hüseynzadə layihənin bölgələrdə də inklüziv təhsilin inkişafına təkan verdiyini qeyd edib.


"Mediabalans” şirkətinin icraçı direktoru Nahid Şərifli isə sosial media resurslarının sahibkarlığın inkişafında önəmli rolunu qeyd edib. 


Qeyd edək ki, hazırda "Məktəbim” layihəsi çərçivəsində 50-yə yaxın məktəbəqədər təhsil ocağı fəaliyyət göstərir. 


Siz də mağazalardan "Shokki Mokki” məhsulu almaqla layihəyə dəstək verə bilərsiniz.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol