• $
  • €
  • ₽
  • ₺
  • £

Ülvi Həsənli və Hafiz Babalının şikayəti təmin edilməyib

Ülvi Həsənli və Hafiz Babalının şikayəti təmin edilməyib
12.07.2024 15:49
Bakı Apellyasiya Məhkəməsi "Abzas Media”nın direktoru Ülvi Həsənlinin və araşdırmaçı jurnalist Hafiz Babalının Xətai Rayon Məhkəməsinin qərarlarından verdikləri şikayətləri təmin etməyib. Məhkəmə hər iki jurnalisti həbsdə saxlayıb. Bu barədə onların vəkilləri "Amerikanın səsi”nə bildiriblər.

Hər iki vəkil Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin (azadlıq və toxunulmazlıq hüququ) tələblərinin pozulması ilə bağlı məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcəyini bildirib.
 
Ötən il noyabrın 20-də Ülvi Həsənli həbs olunub. 

O Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinir.
 
Bir neçə gün öncə məhkəmə Hafiz Babalının həbs müddətinin sentyabrın 20-nə kimi uzadılması ilə bağlı qərar qəbul edib. 
 
Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də saxlanılıb.
 
O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xarici valyuta qaçaqmalçılığını nəzərdə tutan maddəsi ilə ittiham olunur. 
 
Məhkəmənin qərarı ilə o, üç ay müddətinə ilkin istintaq müddətinə həbs edilib. 
 
Mayın 3-ü Ombudsman Aparatının nümayəndələri 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan  jurnalist Hafiz Babalı ilə görüşüblər.
 
Gülnar 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol