• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” yüksək keyfiyyətli “Cartoon Network” oyunlarına giriş imkanı təqdim edir

“Nar” yüksək keyfiyyətli “Cartoon Network” oyunlarına giriş imkanı təqdim edir
02.08.2024 18:54
"Nar” "Cartoon Network” oyunlarında ən məşhur və sevimli animasiya qəhrəmanlarının yer aldığı oyunlara öz müştəriləri üçün unikal giriş imkanı yaradır. Yüksək keyfiyyətli müxtəlif oyun kateqoriyaları uşaqlarınızın asudə vaxtlarını daha əyləncəli keçirməsini təmin edəcək. Uşaqların sevimlisinə çevriləcək bu xidmət "Nar” və qabaqcıl ödəniş və məzmun monetizasiya həlləri təchizatçısı olan "Digital Virgo” şirkəti arasındakı əməkdaşlıqla təqdim edilir.

"Nar” müştəriləri "Cartoon Network” kataloquna daxil olan çoxsaylı eksklüziv və məşhur oyunlara giriş imkanı əldə edəcəklər. Bu xidmətə qoşulmaq üçün mobil telefonunuzdan *668#YES yığmaq kifayətdir. Daha sonra sizə uyğun abunə şifrəsini (gündəlik abunəlik üçün "1”, həftəlik abunəlik üçün "7”, aylıq abunəlik üçün "30”) SMS vasitəsilə göndərə, həmçinin gündəlik abunəlik üçün *448#YES, həftəlik abunəlik üçün *668#YES, aylıq abunəlik üçün isə *886#YES yığa bilərsiniz. Təsdiq SMS-dən sonra telefonunuza gələn PİN şifrə vasitəsilə "Cartoon Network” veb-səhifəsinə və ya tətbiqinə daxil ola bilərsiniz.

Sərfəli qiymət strategiyası ilə tanınan "Nar” müştərilərinə xüsusi təklif təqdim edir. Belə ki, "Nar” müştəriləri həftəlik və aylıq abunəlik üçün 3 günlük pulsuz sınaq imkanından yararlana bilər. Bu, heç bir ilkin ödəniş olmadan övladlarınızın yüksək keyfiyyətli oyunlardan zövq almasına imkan verir. Pulsuz istifadə müddəti bitdikdən sonra aylıq abunəlik 5.99 AZN, həftəlik abunəlik 1.99 AZN təşkil edəcək. Gündəlik abunəlik haqqı isə 0.40 AZN təşkil edir.

"Cartoon Network games” barədə əlavə məlumatı nar.az saytından əldə edə bilərsiniz.

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir.

"Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol