• $
  • €
  • ₽
  • ₺
  • £

Agentlik 7 ayda 99 min nəfərdən çox şəxsi aktiv məşğulluğa cəlb edib

Agentlik 7 ayda 99 min nəfərdən çox şəxsi aktiv məşğulluğa cəlb edib
14.08.2024 12:42
2024-cü ilin yeddi ayında Dövlət Məşğulluq Agentliyi tərəfindən 233,1 min şəxs aktiv məşğulluğa cəlb olunub. Bu barədə agentlikdən bildirilib.  
 
"Onlardan 99 min nəfəri münasib işlərlə təmin edilib, 3,2 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub", - məlumatda deyilir. 
 
Həmçinin yeddi ayda 10,1 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 120,8 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.
 
Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2024-cü il iyulun 1-nə Azərbaycanda muzdla çalışanların sayı 2023-cü ilin müvafiq dövründən 2% artaraq  1,760,800 nəfər təşkil edib.
 
2024-cü ilin ilk yarısında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8.8% artaraq 1,002.8 manat təşkil edib.
 
Gülnar 
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol