• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST meymunçiçəyi ilə bağlı əhalini vaksin olmağa çağırıb

ÜST meymunçiçəyi ilə bağlı əhalini vaksin olmağa çağırıb
20.08.2024 14:27
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb. Bu barədə report qurumun sözçüsü Marqarit Harrisi istinadla yazıb. 

O bildirib ki, suçiçəyi xəstəliyinə qarşı vaksin meymunçiçəyi üçün də keçərlidir.
 
"Sözügedən xəstəliyin yayılmasının qarşısının alınması COVİD-19-a nisbətən daha asandır. Meymunçiçəyinin iki növü var: "Klad-1” və "Klad-2”: "Biz "Klad-1”in yayılmasından narahatıq. Çünki çox sürətlə yayılır. Xüsusilə uşaqlar arasında ölüm halları çoxdur”, - o bildirib. 
 
Hazırda dünyada meymunçiçəyi ilə bağlı xəstəliyi 109 ölkə təsdiq edib. 
 
Bir gün əvvəl Səhiyyə Nazirliyinin rəsmisi söyləyib ki, Azərbaycana meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib.
 
Avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqoda və bəzi Afrika ölkələrində "meymun poxuna” yoluxma hallarının artması ilə əlaqədar son iki ildə ikinci dəfə beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib. 

Meymunçiçəyi əsasən Mərkəzi və Qərbi Afrikanın bəzi ölkələrində qeydə alınan virus mənşəli xəstəlikdir. 

Virus ya yoluxmuş heyvanın dişləməsi, ya da vəhşi heyvanın ətini və kürkünü yeməklə, nadir hallarda virusu olan insan və ya materialla təmasda olduqda ötürülür. Virus bədənə zədələnmiş dəri, tənəffüs yolları və ya selikli qişalar (göz, burun, ağız, cinsiyyət orqanları) vasitəsilə daxil olur. 

Gizli müddət 5-21 gündür. Simptomlara atəş, şiddətli baş ağrısı, genişlənmiş limfa düyünləri, bel ağrısı, əzələ ağrıları və nəzərəçarpacaq zəiflik daxildir. 

Qızdırma başlayandan 1-3 gün sonra üzdən başlayan və sonra bədənin müxtəlif hissələrinə yayılan səpgilər əmələ gəlir.

Xəstəlik adətən yüngül keçir, insanların çoxu bir neçə həftə ərzində sağalır, lakin bəzi hallarda bu, fəsadlara və hətta ölümə səbəb ola bilər (ölüm 0-11%). 

Təbii çiçək xəstəliyinə qarşı edilən peyvəndin "meymun pox” xəstəliyinə qarşı da 85% effektiv olduğu sübut edilib. Hazırda bu xəstəliyə qarşı ÜST tərəfindən təsdiq edilmiş iki vaksin istifadə olunur.

Azərbaycanda hələlik meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb. 
 
Gülnar Nazimqızı 
 



 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol