Bu yol Formula 1 bitənədək bağlı olacaq

20 avqust saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyata bağlı olacaq. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.
Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.
Formula 1 Azərbaycan Qran Prisi 13-15 sentyabr tarixlərində keçiriləcək.
www.anews.az
























