Müğənni Sevda Sanaliyevanı təqib edən şəxs saxlanılıb
20.08.2024 18:10
Müğənni Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılıb.Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
"Araşdırmanın nəticəsinə əsasən həmin şəxs saxlanılıb. Barəsində protokol tərtib edilib. Baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək", - məlumatda qeyd olunub.