• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib

"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
20.08.2024 19:43
"Azərlotereya" ASC-nin dəstəyi, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və "Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə tələbə şəhid övladları üçün Türkiyənin Qara dəniz bölgəsində "Əmanətə Sədaqət" yay düşərgəsi təşkil olunub. 12-16 avqustda baş tutmuş yay düşərgəsində yerli və xarici ali təhsil müəssisələrində təhsil alan 21 tələbə şəhid övladı iştirak edib. Onlar düşərgə müddətində karyera planlaması və şəxsi inkişaf, komanda işi və liderlik mövzuları üzrə təlimlərdə iştirak ediblər. Həmçinin Türkiyənin Trabzon, Rize və Artvin bölgələrində yerləşən tarixi və turistik bölgələri ziyarət ediblər. 

Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İB və "Azərlotereya" ASC-nin birgə həyata keçirdiyi "Əmanətə Sədaqət" layihəsi çərçivəsində ali təhsil müəssisələrində təhsil alan şəhid övladları üçün hər il ənənəvi yay düşərgəsi təşkil olunur. Düşərgənin məqsədi vətən uğrunda canından keçmiş şəhidlərin övladlarının intellektual və emosional inkişafına dəstək olmaq, eləcə də onların yay tətilini daha da maraqlı və səmərəli keçirməsinə şərait yaratmaqdır. 

"Azərlotereya" ASC və "Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin əməkdaşlığı nəticəsində artıq 3 ildir ki, həyata keçirilən sosial layihə ümumilikdə 104 nəfəri əhatə edir. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrində təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır. 

"Azərlotereya” ASC-nin təqaüd proqramı növbəti illərdə də Azərbaycan və Türkiyənin dövlət universitetlərində ali təhsil almaq istəyən şəhid övladlarına şamil olunacaq.





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol