• $
  • €
  • ₽
  • ₺
  • £

Bayramova, Qəhrəmanov, Zahid Oruc, Cəfərov, Məhərrəmov, Seyidzadə… – FOTOLAR

Bayramova, Qəhrəmanov, Zahid Oruc, Cəfərov, Məhərrəmov, Seyidzadə… – FOTOLAR
30.08.2024 17:11
Azərbaycanın Qarabağı işğaldan azad etməsindən sonra  ilk dəfə olaraq ölkənin bütün ərazilərində keçiriləcək növbədənkənar parlament seçkiləri sentyabrın 1-də baş tutacaq. Seçki öncəsi müxtəlif sosioloji sorğu mərkəzləri resprondentlər arasında sorğular təşkil edir, ictimai rəyi öyrənməyə çalışırlar.

"Plus Group” seçki öncəsi 16 saylı Yasamal ikinci, 17 saylı Yasamal üçüncü, 33 saylı Xətai birinci, 41 saylı Gəncə-Gorbanoy-Samux, 69 saylı Biləsuvar və 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairələri üzrə mini-monitorinq aparıb. Monitorinq təsadüfi seçmə üsulu ilə hər dairə üzrə 50 seçici, media və sosial media fəaliyyətlərinin tədqiqi üzrə aparılıb.

16 saylı Yasamal ikinci seçki dairəsində deputatlıq uğrunda 9 namizəd mübarizə aparır. Onlardan 3-ü, Yeni Azərbaycan, Respublikaçı Alternativ və Azərbaycan Milli İstiqalal partiyalarını təmsil edir. 6 namizəd isə bitərəfdir. Namizədlərdən ikisi Milli Məclisin deputatı olub.

Seçici rəyləri, ölkənin nüfuzlu simalarının çağırışları, uğurlu seçki təbliğatı bu dairədən Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri Gülpəri Bayramovanın qalib gələcəyini söyləməyə əsas verir. Məlumat üçün bildirək ki, 29 yaşlı gənc namizədin rəhbəri olduğu Azərbaycan Biznes Partnyorları Klubunda ölkəmizin nüfuzlu iş adamları və 100-dən artıq şirkət kollektiv şəkildə təmsil olunur. Əsas fəaliyyət istiqaməti "Made in Azerbaijan” brendinin təşviqi olan BPC Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Rusiya, Türkiyə, Çin və digər ölkələrdə azərbaycanlı iş adamlarının xarici tərəfdaşlarla biznes müqavilələri imzalanmasına nail olub.
 


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə "İlin uğurlu sahibkarı” nominasiyası üzrə təltif edilib. Mükafat mərasimində İqtisadiyyat naziri Mikayıl Cabbarov və yüksək rütbəli dövlət rəsmiləri iştirak edib. "Made in Azerbaijan” brendinin təşviqindəki xidmətlərinə görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. Kənd təsərrüfatı eksperti olaraq aqrar sektorun inkişafı ilə bağlı mətbuatda yüzlərlə məqaləsi dərc olunub. Kənd təsərrüfatı naziri və nazirlik rəsmiləri ilə görüşündə səmərələşdirici təkliflərini təqdim edib. 44 günlük vətən müharibəsi dövründə və tarixi Zəfərdən sonra şəhid ailələri və qazilərə yardım kampaniyaları təşkil edib. Laçın-Xankəndi yolundakı ekologi aksiyanın Nyu-Yorkun mərkəzi meydanında işıqlandırıb və bu fəaliyyətinə görə, xüsusi təşəkküranmə ilə təltif edilib.

17 saylı Yasamal üçüncü seçki dairəsindən də marafona 9 namizəd qatılıb. Onlardan 3-nün siyasi mənsubiyyəti var və müvafiq olaraq YAP, Müsavat və Ədalət partiyalarını təmsil edirlər. 6 namizəd isə bitərəfdir. Ən şanslı namizəd bitərəflərin nümayəndəsi Göydəniz Qəhrəmanovdur. O, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın sədr müavinidir.
 


33 saylı Xətai birinci seçki dairəsində 11 namizəd yarışır. Onların 5-nin siyasi mənsubiyyəti var. Onlar YAP, ADP, VHP, REAL və AG partiyalarını təmsil edirlər. 6 namizəd müstəqildir. Ən şanslı namizəd Azərbaycan Respublikasının Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Orucdur.
 


41 saylı Gəncə-Gorbanoy-Samux seçki dairəsində 7 namizəd rəqabət aparır, onlardan 1-i YAP-ı, 1-i isə REAL partiyasını təmsil edir. 5 namizəd isə bitərəfdir. Favorit namizəd isə hakim partiyanı təmsil edir. 43 yaşlı millət vəkili Müşviq  Cəfərovun yenidən deputat seçilmək ehtimalları çox yüklsəkdir. Onun Gəncə seçiciləri arasında dərin rəğbəri olduğunu söyləmək mümkündür.
 


69 saylı Biləsuvar seçki dairəsində 8 namizəd seçki marafonuna qatılıb. Onlardan yalnız 3-üçü bitərəfdir. Digər 4-ü siyasi partiyaları, biri hakim Yeni Azərbaycan, digərləri Ana Vətən, Müsavat və REAL partiyalarını təmsil edir. Ən şanslı namizəd millət vəkili və tanınmış alim Bəhruz Məhərrəmovdur. O da Biləsuvar seçiciləri arasında dərin rəğbət qazanıb.
 


87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsində 7 namizəd mübarizə aparır ki, onların yalnız ikisinin siyasi mənsubiyyəti var. Onlardan biri hakim Yeni Azərbaycan, digəri isə Ədalət partiyasını təmsil edir. Ən şanslı namizəd  "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri, keçmiş millət vəkili, Təhsil Nazirliyinin "SABAH qrupları”nın İcra Komitəsinin sabiq rəhbəri Şahin Seyidzadədir.
 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol