• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində sosial layihə qəbulu davam edir

Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində sosial layihə qəbulu davam edir
11.09.2024 10:17
Lider mobil operator sosial layihə müsabiqəsinin müraciət tarixini uzadır

Azercell qadınların ictimai həyatda fəallığının artırılmasına töhfə vermək məqsədilə həyata keçirdiyi sosial layihə müsabiqəsinin müraciət tarixini uzadır. Qeyri-hökumət və qeyri-kommersiya təşkilatları layihə təkliflərini 24.09.2024-cü il tarixinədək qeyd olunmuş link üzərindən göndərə bilər.

Müsabiqə çərçivəsində iki qalib layihə seçiləcək və hər birinin həyata keçirilməsi üçün 5.000 AZN qrant ayrılacaq.*

Xatırladaq ki, müsabiqənin məqsədi qadınların cəmiyyətdə mövqeyinin yaxşılaşdırılmasına, həmçinin maddi-mənəvi rifahının artırılmasına dəstək olmaqdır. 
 
Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı mövzulardan birini əhatə etməlidir:

·         Müxtəlif istiqamətlər üzrə qadınların bilik və bacarıqlarının təkmilləşdirilməsi;
·         Qadınlara sahibkarlıq və biznes fəaliyyətinə dair praktiki biliklərin aşılanması;
·         Texnoloji və innovativ sahədə qadınlarda yeni bacarıqların formalaşdırılması;
·         Qadınların hüquq və maliyyə savadlılığının artırılması;
·         Qadınlar arasında sağlam həyat tərzinin təbliğ edilməsi.
 

Ətraflı məlumat üçün: Azercell "Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”na start verir!

Qeyd edək ki, layihə təklifi Azərbaycan dilində göndərilməlidir. Müraciətə layihənin həyata keçirilməsi üçün tələb olunan büdcənin detallı açıqlamasının əlavə edilməsi xahiş olunur. 
"Azercell Telekom” MMC bütün iştirakçılara uğurlar arzu edir!
* Qrantın məbləği münsiflər heyətinin layihə dəyərləndirməsindən asılı olaraq müəyyənləşdirilmiş məbləğdən yuxarı və ya aşağı ola bilər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol