74%-dən çox respondent hərbi sənaye imkanlarını yüksək qiymətləndirir

Azərbaycanda respondentlərin 74,9%-i ölkənin hərbi sənaye imkanlarını yüksək qiymətləndirir. Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin yaydığı sorğu məlumatlarında qeyd olunub.
Sorğuda iştirak edənlərin 17,1%-i hərbi sənaye imkanları orta, 2,3%-i zəif hesab edir. 5,7% şəxs isə suala cavab verməkdən imtina edib.
Sorğu 12 iqtisadi rayonu əhatə edib.
Ümumilikdə prosesdə 388 nəfər iştirak edib.
www.anews.az
























