• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq Yaşıl SAF 2024-ün qalibləri mükafatlandırılıb

Beynəlxalq Yaşıl SAF 2024-ün qalibləri mükafatlandırılıb
25.10.2024 22:11
Oktyabrın 25-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının bağlanış mərasimi keçirilib.

Mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov çıxış edərək yarışların nəticələrinə dair hesabatı diqqətə çatdırıb.Daha sonra Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalına dair videoicmal nümayiş etdirilib,qalib komandalara mükafatlar təqdim olunub.Tədbir bədii hissə ilə başa çatıb.

Festival Elm və Təhsil Nazirliyi və COP29 Sədrliyinin dəstəyi, "STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilib. Festivalın final mərhələsində ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı yarışıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ daxil olmaqla 15 ölkəni təmsil edib. Festival çərçivəsində "Yaşıl təşəbbüslər”, "Yaşıl kodlaşdırma”, "Dron texnologiyaları”, "Bizim peykimiz”, "Robotların mübarizəsi”, "Gələcəyin mühəndisləri” və s. kimi mövzularda 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunub.

Builki festivalın məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması ilə yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi vasitəsilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatları və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yollarının, eləcə də layihələrin hazırlanmasını təşviq etmək olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:07
Bu ərazilərdə işıq olmayacaq
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:19
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol