Norveçdə sərnişin təyyarəsi təcili eniş edib
![Norveçdə sərnişin təyyarəsi təcili eniş edib Norveçdə sərnişin təyyarəsi təcili eniş edib](https://anews.az/photo/850x500/2024-12/1735491365_endirme-2024-12-29t205506.401.jpeg)
Oslodan Amsterdama qalxan KLM Royal Dutch Airlines sərnişin təyyarəsi havaya qalxdıqdan dərhal sonra təcili eniş edib və eniş zolağından çıxıb. Bu barədə Norveçin NRK yayım korporasiyası məlumat yayıb.
www.anews.az
İlkin məlumata görə, hadisəyə səbəb hidravlik sistemin sıradan çıxması olub.
Təyyarədə 182 nəfər olub, onlardan heç biri xəsarət almayıb.
Pilotlar nasazlıq aşkar etdikdən sonra təyyarəni Oslodan 110 kilometr cənubda yerləşən Sandefjord hava limanına endirmək qərarına gəliblər. Eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxıb və otların üzərində dayanıb.
Dekabrın 29-da Banqkokdan uçan Jeju Air Boeing 737 təyyarəsi Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayıb. Eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxaraq beton maneəyə çırpılıb, sonra isə partlayıb. Təyyarə demək olar ki, tamamilə məhv edilib. Qəzanın ilkin səbəbi kimi quşların vurması nəticəsində eniş şassisi sisteminin sıradan çıxması göstərilir.
Təyyarədə ümumilikdə 181 nəfər olub. Onların arasında 173 Koreya və iki Tailand vətəndaşı var . Mətbuat fövqəladə vəziyyət zamanı təyyarənin arxasında olan iki və ya üç nəfərin sağ qala bildiyini bildirib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər