• $
  • €
  • ₽
  • ₺
  • £

"Xətai”stansiyasında eskalatorun dayandırılmasının səbəbləri araşdırılır

04.01.2025 17:27

Dünən saat 19:25-də "Xətai” stansiyasında sərnişinin eskalatorun "Stop” açarını sıxması nəticəsində eskalatorun dayandırılmasının və nəticədə qarşısında sıxlıq yaranmasının səbəblərinin araşdırılmasına başlanılıb.Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilir ki, eskalatorun dayanması səbəbini müəyyən etmək məqsədilə dərhal idarəetmə panelinə baxış keçirilib:
"Baxış nəticəsində texniki problem olmadığı, dayanmanın "Stop” açarının sıxılması səbəbindən baş verdiyi müəyyən edilib. Daha sonra eskalatorun fəaliyyəti bərpa olunub. Qeyd edilməlidir ki, "Stop” açarı fövqəladə hallarda, təcili və təxirəsalınmaz zərurət olduqda, eskalatorun dayandırılmasını təmin edir”.

Hadisə ilə bağlı müvafiq araşdırmaların aparılması və tədbirlərin görülməsi üçün Bakı Metropolitenində Polis İdarəsinə müraciət edilib.

"Stop” düyməsinin əsassız sıxılması İnzibati Xətalar Məcəlləsinin 306.4-cü maddəsinə uyğun olaraq məsuliyyət yaradır.

Sərnişinlərdən rica edirik ki, eskalatorlarda təhlükəsizlik, istifadə qaydalarına və tələblərinə zidd olan hallara yol verməsinlər, uşaqlara nəzarət etsinlər. Eskalatordan düzgün istifadə olunmazsa, bu, sərnişin təhlükəsizliyinə ciddi təhlükə mənbəyinə çevrilə bilər. Bir sərnişinin yanlışlığı onun özünün, eləcə də ətrafında olan digər sərnişinlərin narahatlığını, xəsarət almasını və digər bədbəxt hadisələrin baş verməsini qaçılmaz edə bilər.

Həmçinin eskalatora tullantı atmaq, sürahini çıxarmaq və onun üstünə əşya qoymaq İnzibati Xətalar Məcəlləsinə görə müvafiq qaydada məsuliyyət yaradır”, -- "Bakı Metropoliteni" əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA “Apple” istifadəçilərinə təhlükəsizlik boşluğu ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 15:05
MKA “Apple” istifadəçilərinə təhlükəsizlik boşluğu ilə bağlı xəbərdarlıq edib
Moskva-Bakı marşrutu üzrə kruiz səfərləri təşkil ediləcək
Cəmiyyət 14:35
Moskva-Bakı marşrutu üzrə kruiz səfərləri təşkil ediləcək
Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik reyslərin sayı 4-ə çatdırılır
Cəmiyyət 13:19
Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik reyslərin sayı 4-ə çatdırılır
Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 12:49
Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb
Qubadlıda ilk su elektrik stansiyası tikilir - Video
Cəmiyyət 12:12
Qubadlıda ilk su elektrik stansiyası tikilir - Video
Masazırda binanın dördüncü mərtəbəsindən yıxılan şəxs xilas edilib - Video
Cəmiyyət 11:46
Masazırda binanın dördüncü mərtəbəsindən yıxılan şəxs xilas edilib - Video
Maştağada avtomobil velosipedçini vuraraq öldürüb
Cəmiyyət 11:30
Maştağada avtomobil velosipedçini vuraraq öldürüb
Şahdağa qar yağıb - faktiki hava
Cəmiyyət 10:55
Şahdağa qar yağıb - faktiki hava
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib - yenilənib
Cəmiyyət 20:59
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol