• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

2030-cu ilə qədər 10 yeni metro stansiyasının tikilməyi planlaşdılır

2030-cu ilə qədər 10 yeni metro stansiyasının tikilməyi planlaşdılır
10.01.2025 12:34
2030-cu ilə qədər Bakıda on yeni metro stansiyasının tikilib təhvil verilməsi planlaşdılır. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov jurnalistlər üçün keçirilən brifində deyib.
 
O bildirib ki, bunun üçün ayrılan vəsait 4 milyard 202 milyon nəzərdə tutulub. 
 
Yeni metro stansiyaların təhvil verilməsindən sonra qatarlar arasında internval 2:00- 1:45 dəqiqəyə düşməsi planlaşdırılır. 
 
 
"Bakının baş planında da növbəti illərdə 2040-cı ilə qədər inşa olunacaq metro stansiyalarla bağlı planlar var idi. Müxtəlif ssenariləri təhlil etdikdə maliyyə resursları həmişə məhduddur. Ayrılan vəsaitin daha səmərəli istifadəsi baxımından biz elə bir ssneari üzərində dayandıq ki, bu 10 stansiya bütün ssnearilərdə mövcud olduğuna görə, bunları istənilən halda inşa etməliyik. Bu 2030-cu ilə qədər olan plandır. Digər istiqamətlərdə də metronun həm inkişaf planı var, həm ehtiyac var. Yeni tikilən stansiyalar ən çox əhali məsunkalaşan ərazilərdir. Bu ilk növbədə yeni bənövşəyi xətt üzərində 6 yeni stansiya inşasıdır ki, Xocasən ərazisindən başlayır və sonuncu stansiya Ağ Şəhərdə bitir. Bu altı stansiyanın yeri müəyyən edilib. B4 və B5 stansiyası Nizami, Sahil bağı, Port Baku, Ağ Şəhərə gedib çıxacaq. Əlavə 4 stansiya isə Dərnəgüldən başlayıb Xətaiyəyə qədər gələn və həmin xətlə davam edərək 4 əlavə stansiya inşa etməklə Həzi Aslanova birləşdirilməsidir. Yeni metro stansiyalarının mövcud şəbəkə ilə bağlı birləşdirilməsi də nəzərdə tutulur. Bundan əlavə 28 May stansiyasında cddi işlərin aparılmasına ehtiyac var. Düşünürük ki, ilk iş elə oradan başlamalıdır. Çünki orada 2 xətt həm yaşıl, həm qırmızı xətt gəlib birləşir br tuneldən keçir. Bu xətt üüzərində qatarların intervallarının daha da azaldılması və gələcəkdə yeni inşa olunacaq stansiyaların daha da sürətli effektli işlənməsinə mane olan amildir. Düşünürük 28 mayda olan xətt ayrılmalıdır. Yaşıl xətt qırmızı xəttdən ayrılmalıdır. Eləcə də İçərişəhər metrostansiyasından geridönmə ancaq daxil olduğu xətt üzrə mümkündür. Bu da öz özlüyündə intervala mənfi təsir edir. Orada geridönmə dairəsinin qurulması düşünülür", - nazir müavini bildirib. 
 
Bir neçə gün öncə ölkə Prezidenti İlham Əliyev yerli mətbuata açıqlama verərək bildirib ki, son 5 ildə Bakıda 10 yeni stansiya tikiləcək. 
 
Gülnar Nazimqızı 


Oxşar xəbərlər
Oxşar xəbərlər
Beynəlxalq axtarışa verilmiş 7 nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 19:00
Beynəlxalq axtarışa verilmiş 7 nəfər Azərbaycana ekstradisiya edilib
Elnur Bağırov Dövlət Agentliyinə sədr təyin edilib
Cəmiyyət 18:28
Elnur Bağırov Dövlət Agentliyinə sədr təyin edilib
Əfv Komissiyasının iclası keçirilib
Cəmiyyət 18:24
Əfv Komissiyasının iclası keçirilib
Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs olunub
Cəmiyyət 18:07
Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs olunub
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Cəmiyyət 17:36
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Ramin Cəbrayılzadənin şikayəti təmin edilməyib
Cəmiyyət 17:33
Ramin Cəbrayılzadənin şikayəti təmin edilməyib
“Azərpoçt”un adından dələduzluq halları var
Cəmiyyət 17:16
“Azərpoçt”un adından dələduzluq halları var
Polisə dəstək olan mülki şəxslərin xüsusi geyim formaları olacaq
Cəmiyyət 17:02
Polisə dəstək olan mülki şəxslərin xüsusi geyim formaları olacaq
Sabah İmişlidə qaz olmayacaq
Cəmiyyət 16:52
Sabah İmişlidə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol