• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakcell"ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

"Bakcell"ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
25.04.2025 17:10

İnnovasiya və sürət lideri “Bakcell” 2024-cü ildə həyata keçirdiyi strateji və vizual
yenilənmə ilə bu gün rebrendinqinin ilk ildönümünü qeyd edir. Son bir il ərzində “Bakcell”
rəqəmsal gələcəyə doğru sürətlə addımlayaraq, yenilənmiş dizayn və brend strategiyası
ilə innovasiya və süni intellekt dəstəkli həllərdən daha geniş şəkildə istifadə etməyə 

başlayıb. Strategiya çərçivəsində müştərilərə “Birinci Tariff”, “VoWifi”, “Bakcell Fiber”,
“Star tarifləri”, “Bakcell Kart”, “Tarif məsləhətçisi” kimi innovativ məhsul və xidmətlər
təqdim edilib. Bu yeniliklər, ilk növbədə, müştərilər üçün innovativ məhsul və xidmətlərin
artırılması, bununla da müştəri təcrübəsinin zənginləşdirilməsini hədəfləyir.


Yeni brend strategiyası və müştəriyönümlü yanaşması ilə “Bakcell” bu gün xüsusi olaraq
Qarabağ və bütün Azərbaycan bölgələrində ən sürətli, innovativ məhsul və xidmətlərini
təklif edir. Rebrendinq nəticəsində Bakcell ölkənin rəqəmsal inkişafına töhfə verməklə
yanaşı, innovasiyalara, dayanıqlılığa və milli dəyərlərə sadiqliyini də nümayiş etdirir.


"Bakcell" haqqında


"Bakcell"Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda
"Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya
xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər
vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının
qeyri-neft sektorunun ən böyük investorlarından biridir.


"Bakcell"müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun
tərkibinə daxildir.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol