• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi dərmanların qəbulu günü kofe içmək olmaz - Həkim məsləhəti

Bəzi dərmanların qəbulu günü kofe içmək olmaz - Həkim məsləhəti
20.05.2025 08:12

Rusiyalı terapevt Nazifat Urtenova bəzi dərmanların qəhvə ilə birlikdə qəbul edilməsinin sağlamlığa zərər verə biləcəyini bildirib. O, “Gazeta.ru”ya açıqlamasında qəhvənin dərmanların təsirini zəiflədə və ya onların yan təsirlərini artıra biləcəyini deyib.

Məsələn, ftorxinolon qrupuna aid antibiotiklər (siprofloksasin, norfloksasin) qəhvədəki kofeinin bədəndən çıxarılmasını ləngidir və bu, yuxusuzluq, narahatlıq və əsmə ilə nəticələnə bilər.

Tetrasiklin antibiotiklərinin qəbulu zamanı da qəhvə dərmanın sorulmasını zəiflədir.

Həkim qeyd edib ki, hamiləlikdən qorunma dərmanlarındakı estrogenlər kofeinin parçalanmasını ləngidir, bu isə kofeinin orqanizmdə yığılmasına və baş ağrısı, yuxusuzluq yaratmasına səbəb ola bilər.

Urtenova əlavə edib ki, parasetamolla birlikdə qəhvə qara ciyərə yükü artırır, ibuprofen və aspirinlə isə mədədə qıcıqlanma yarada bilər.

Qəhvə bəzi antidepresanlarla, xüsusilə MAO inhibitorları (moklobemid, selegilin) və trisiklik antidepresantlarla (məsələn, amitriptilin) birlikdə qəbul edildikdə təzyiqin kəskin artmasına və narahatlıq riskinin yüksəlməsinə səbəb ola bilər.

Qəhvə həm də bağırsaqlarda dəmirin sorulmasına mane olur, şəkər səviyyəsini artıra və metformin kimi diabet dərmanlarının təsirini azalda bilər. Üstəlik, bəzi ürək dərmanlarının, xüsusən beta-blokatorların və ritm pozğunluğuna qarşı dərmanların effektivliyini zəiflədə bilər.

Həkim, həmçinin qəhvənin karbamazepin və valpro turşusu kimi epilepsiya əleyhinə dərmanların təsirini azalda biləcəyini bildirib.

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol