Azərbaycanda qadınlar üçün pensiya yaşı 64 il 6 aya qaldırıldı

Azərbaycanda 1 iyul tarixindən etibarən qadınlar üçün pensiya yaşı altı ay artırılaraq 64 il 6 ay müəyyən edilib.
Qadınlar üçün pensiya yaşı sonuncu dəfə 2024-cü il iyulun 1-də altı ay artırılaraq 64 il olmuşdu. Hazırda kişilər üçün pensiya yaşı 65-dir.
Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, kişilər üçün pensiya yaşı 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək hər il altı ay artırılıb. Qadınlar üçün bu proses 2027-ci il iyulun 1-dək davam edəcək.
N.Təbrizli