• $
  • €
  • ₽
  • ₺
  • £

Ali məktəblərdə subbakalavrların iştirakı ilə bağlı narazılıqlar artır- Abbaszadə

Ali məktəblərdə subbakalavrların iştirakı ilə bağlı narazılıqlar artır- Abbaszadə
14.07.2025 11:46

Subbakalavrların imtahansız qəbulu ali Subbakalavrların ali məktəblərə imtahansız qəbul olunması praktikasının ciddi tədris və idarəetmə problemləri yaradır. Bunu məktəblərdə narazılıq doğurur. Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu qayda ilk dəfə 2013-cü ildə tətbiq olunub və son illərdə sürətlə genişlənib. 

“Keçən il 5000-dən çox subbakalavr ali məktəblərə imtahansız qəbul olunub. Bu artıq dördüncü-beşinci ildir ki, bu praktika tətbiq olunur,” – Abbaszadə qeyd edib.

DİM rəhbəri vurğulayıb ki, ali məktəblərdə subbakalavrların iştirakı ilə bağlı narazılıqlar artmaqdadır. 

“Bu tələbələr dərslərdə iştirak etmirlər, tədris prosesinə qoşulmaqda çətinlik çəkirlər və onlardan nəticə almaq çətindir,” –  o bildirib.

Abbaszadənin sözlərinə görə, bəzi ali məktəblər artıq bu praktikanı qəbul etmək istəmir. “Hazırda sistem belə qurulub ki, bakalavr pilləsi üzrə 200 bal toplayan abituriyentlərlə yanaşı, daha az nəticə göstərmiş – məsələn, 150 bal – subbakalavrlar da eyni ixtisaslara qəbul olunur və bu yerləri doldururlar,” – o əlavə edib.

DİM sədri qeyd edib ki, bu vəziyyət həm tədrisin keyfiyyətinə, həm də qəbul zamanı ədalətli rəqabət prinsipinə zərbə vurur.

N.Təbrizli

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol