Xocavəndin iki kəndinin sakinləri birləşmək üçün Prezidentə müraciət edib/VİDEO

Xocavənd rayonunun Çartar və Veysəlli kənd sakinlərinin bir kənddə birləşmək məqsədilə Prezidentə müraciət məktubu hazırlayıblar. Bu barədə məlumatı Milli Məclisin deputatı Aqil Abbas çıxışı zamanı çatdırıb.
Sakinlər bu müraciəti yazılı formada mənə təqdim ediblər. Onlar istəyirlər ki, bir kənddə – Çartar kəndində birləşsinlər. Veysəlli kəndini isə örüş sahəsi kimi istifadə etməyi planlaşdırırlar,” – Aqil Abbas bildirib.
Deputat, həmçinin Ağdam rayonuna köçmək arzusunu da ifadə edib.
“Xahiş edəcəyəm ki, Ağdam tam hazır olanda, ailəmlə birlikdə ora köçən ilk sakinlərdən olum. Deputat kimi qalaramsa, oradan gələcəyəm, əgər davam etməsəm, elə orada yaşayacağam", - Aqil Abbas bildirib.
Gülnar Nazimqızı