• $ 1.7
  • € 1.9847
  • ₽ 0.021795
  • ₺ 0.0423
  • £ 2.2905

Bulvar İdarəsinin sabiq rəhbəri 12 milyon manat mənimsəmədə ittiham olunur

Bulvar İdarəsinin sabiq rəhbəri 12 milyon manat mənimsəmədə ittiham olunur
15.07.2025 09:47

Bakı Ağır Cinayətlər Məhkəməsində Dənizkənarı Bulvar İdarəsinin sabiq rəisi İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov və “GIRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

 Prosesdə Dənizkənarı Bulvar İdarəsinin nümayəndəsi Tural Nəsibov da iştirak edib və zərərçəkmiş tərəf kimi tanınıb.

İstintaq orqanının versiyasına görə, İlqar Mustafayev 2020–2023-cü illər ərzində köməkçisi Rəşad Bədəlov, “GIRASOL” şirkətinin direktoru Fuad Babayev və digər şəxslərlə birgə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 12 milyon manatdan artıq vəsaiti mənimsəyib.

Bu məbləğlər bulvar ərazisində yerləşən kommersiya sahələrinin icarəyə verilməsi, iaşə obyektlərinin fəaliyyəti və gəmi gəzintilərindən əldə olunan gəlirlərlə bağlı olub.

Bundan əlavə, İlqar Mustafayevin 1,8 milyon manatdan artıq məbləğdə vergi ödənişindən yayındığı və cinayət yolu ilə əldə edilən 10 milyon manatdan artıq vəsaiti şəxsi və yaxınlarının adına daşınmaz əmlak almaqla leqallaşdırdığı bildirilir.

Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə böyük məbləğdə mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213.3-cü (xüsusilə böyük məbləğdə vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində ağır nəticələrə səbəb olma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Fuad Babayev və Rəşad Bədəlov da 179.4, 308.2 və 313-cü maddələr üzrə təqsirləndirilirlər. İlqar Mustafayev barəsində məhkəmə istintaq dövründə həbs qətimkan tədbiri seçib.

Digər təqsirləndirilən şəxslər polis nəzarəti altındadır və ölkəni tərk etməmək barədə iltizamla azadlıqdadırlar.

İstintaq çərçivəsində dəymiş maddi ziyanın mümkün ödənilməsi məqsədilə təqsirləndirilən şəxslərin ümumi dəyəri 11 milyon manatdan artıq olan əmlaklarına həbs qoyulub. Eyni zamanda digər şübhəli şəxslərlə bağlı araşdırmalar ayrıca icraatda davam etdirilir.

Məhkəmədə çıxış edən İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli  həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb.

O, 80-ə yaxın şahidin dindirildiyini və heç birinin Mustafayevin əleyhinə ifadə vermədiyini bildirib.

Vəkil vurğulayıb ki, istintaq dövrünə təsadüf edən 2020–2023-cü illər ərzində pandemiya səbəbindən geniş miqyaslı kommersiya fəaliyyəti mümkün deyildi və istintaqın irəli sürdüyü “gəlir” rəqəmləri reallığı əks etdirmir.

Kəngərli qeyd edib ki, ekspertiza nəticələri də nə vergidən yayınma, nə də vəsaitin mənimsənilməsi faktını təsdiqləmir.

Müdafiə tərəfi həmçinin Mustafayevin sağlamlıq problemləri olduğunu və bunun həbs şəraitində ağırlaşdığını da əsas gətirib.

Məhkəməyə digər vəkil İlqar Abbasov da qatılıb və həmkarının arqumentlərini dəstəkləyib. O, Mustafayevin uzun illər dövlət qulluğunda çalışdığını və Prezident tərəfindən mükafatlandırıldığını xatırladaraq, onun barəsində həbs qətimkan tədbirinin qeyri-mütənasib olduğunu bildirib.

İlqar Mustafayev özü çıxış edərək bildirib ki, 18 ay ərzində davamlı təzyiqlərə məruz qalıb və öz adını müdafiə etmək imkanından məhrum olub.

O qeyd edib ki, 2023-cü ilin dekabrında Hesablama Palatası tərəfindən aparılan yoxlamadan sonra 2024-cü ilin yanvarında vəzifəsindən azad olunub. Mustafayevin sözlərinə görə, yoxlama başa çatdıqdan sonra ondan 5 milyon manat ödəməsi tələb olunub, əks halda işin prokurorluğa göndəriləcəyi bildirilib. Nəticədə avqustda cinayət işi başlanıb.

Mustafayev özünü dövlətə və Prezidentə sədaqətli şəxs kimi təqdim edərək ədalətli məhkəmə araşdırmasına ümid etdiyini söyləyib.

Məhkəmə, vəsatətlərdən birini – Mustafayevin məhkəmə zalında şüşə kabinədən çıxaraq vəkillərinin yanında əyləşməsi barədə olanı təmin edib.

Digər vəsatət – ev dustaqlığına buraxılma məsələsi isə əsas məhkəmə baxışına saxlanılıb.

İş üzrə əsas iclas iyulun 28-ə təyin olunub.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabirabadın 21 kəndində qaz olmayacaq
Cəmiyyət 15:58
Sabirabadın 21 kəndində qaz olmayacaq
Sumqayıtda 206 mənzil kirayə-satış mexanizmi ilə təqdim olunur
Cəmiyyət 15:45
Sumqayıtda 206 mənzil kirayə-satış mexanizmi ilə təqdim olunur
Rayonlara leysan yağacaq - Xəbərdarlıq
Cəmiyyət 15:21
Rayonlara leysan yağacaq - Xəbərdarlıq
Azərbaycanda 300 min manatlıq kütləvi maliyyə dələduzluğunda şübhəli şəxs saxlanılıb
Cəmiyyət 15:16
Azərbaycanda 300 min manatlıq kütləvi maliyyə dələduzluğunda şübhəli şəxs saxlanılıb
Xocavənddə bu ilin sonuna qədər 1 552 ev təmir ediləcək – rəsmİ
Cəmiyyət 15:09
Xocavənddə bu ilin sonuna qədər 1 552 ev təmir ediləcək – rəsmİ
Bu ay Ağdamın Xıdırlı kəndinə 188 ailə köçürüləcək
Cəmiyyət 14:33
Bu ay Ağdamın Xıdırlı kəndinə 188 ailə köçürüləcək


Cəlilabadda meşədə yanğın başlayıb
Cəmiyyət 14:20
Cəlilabadda meşədə yanğın başlayıb

Sabah çimərliklərdə suyun temperaturu 29 dərəcə isti olacaq
Cəmiyyət 13:45
Sabah çimərliklərdə suyun temperaturu 29 dərəcə isti olacaq
Sabah 40 dərəcə isti olacaq
Cəmiyyət 13:33
Sabah 40 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol