Gürcüstanda azərbaycanlı deputat seçici ilə insident yaşadı

Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində keçirilən ictimai görüş zamanı yerli deputat və sakin arasında qalmaqallı insident baş verib. Bu barədə aktual.ge xəbər verir.
Görüş zamanı məktəb rəhbəri Əhməd Babakişiyev kənddəki yol, su və infrastruktur problemlərini tənqid edib və məsul şəxsləri — deputat Ceyhun Çovdarovu və Marneuli meriyasının nümayəndəsi Sədrəddin Talıbovu səhlənkarlıqda ittiham edib.
Diskussiya gərginləşib, sakinlərdən biri deputatı sərt ifadələrlə təhqir etdikdən sonra Çovdarov masa üzərindəki çayniki həmin şəxsə atıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Son xəbərlər
Daha çox 