Bu ay Ağdamın Xıdırlı kəndinə 188 ailə köçürüləcək

Ağdamın Xıdırlı kəndinə 2025-ci ilin iyul ayı ərzində 188 ailənin köçü təmin ediləcək. Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.
Onun sözlərinə görə, növbəti iki ayda daha 195 və 390 ailənin kəndə köçürülməsi planlaşdırılır.
Böyük Qayıdış proqramı çərçivəsində Ağdam rayonunun beş kəndindən üçündə hazırda məcburi köçkünlərin daimi məskunlaşdırılması prosesi davam edir.
Bir neçə gün öncə Prezident Xıdırlı kəndinin açılışında iştirak edib.
Ağdam 2020-ci ilin noyabrında işğaldan azad edilib. İkinci Qarabağ Müharibəsində ən çox zərər çəkmiş rayondur. Müharibəyə qədər Ağdamda 143 min insan yaşayıb.
Prezidentin sərəncamı ilə imzalanan Qarabağa qayıdış proqramı çərçivısində 2026-ci ilə kimi 20 min nəfərin Ağdama köçürülməsi nəzərdə tutulub.
Aytac