Sumqayıtda yol qəzası baş verib, yaralılar var

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, “KİA” markalı minik avtomobili ilə “DAF” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hadisənin səbəbi araşdırılır.
























