Balakəndə 72 kq narkotik bitki aşkarlanıb, 2 nəfər saxlanılıb

Balakəndə keçirilən xüsusi əməliyyat zamanı ümumilikdə 72 kiloqram çəkidə 179 ədəd çətənə kolu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, narkotik kultivasiyası ilə məşğul olan 62 yaşlı Seyfəddin Həmzətov və 47 yaşlı Zumrat Saxrayev saxlanılıb. Onların əvvəllər məhkum edildiyi bildirilir.
Çətin keçilən dağlıq-meşəlik ərazidə yerləşən plantasiyada aparılan baxış zamanı həmçinin bir ov tüfəngi, soyuq silahlar və digər maddi sübutlar götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılanlar barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam edir.
Gülnar